XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 2001-ci ildə təsis edilmişdir və hal-hazırda Bakı şəhərinin ən qabaqcıl tədris mərkəzlərindən biridir. Mərkəzin müasir standartlara cavab verən maddi-texniki bazası, lisenziyalara malik olması sabitliyə və etibarlığa zəmanət verir.
XXI ƏSR BTİM-in nəzdində uşaq bağçası, məktəbəhazırlıq şöbəsi və orta ümumitəhsil məktəbi günüuzadılmış iş rejimində fəaliyyət göstərir. Mərkəz həftənin 5 günü- saat 8:45-dən 18:00-a qədər işləyir.
Mərkəzdə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. 15-ə yaxın ixtisaslaşdırılmış kurslar və dərnəklər fəaliyyət göstərir. Mərkəzin şagirdləri 5-ci sinifdən etibarən seçimə görə fransız, alman və ya ispan dilləri kurslarında iştirak edə bilərlər.