HEY Servis MMC 2007-ci ildə Bakı şəhərində Yusuf Alkan tərəfindən təsis edilmişdir. Şirkətimiz eyni zamanda Azərbaycanda korporotivləşən ilk məktəbli daşıma servisi olaraq 900 -dən çox şagirdin individual və qrup halında evlərindən məktəbə və məktəbdən evlərinə tam təhlükəsiz çatdırılmasını uğurla həyata keçirir. Şirkətimizin əsas iş prinsipi müasir standartlara uyğun nəqliyyat vasitələri, təcrübəli sürücüləri, təlimli hostesləri ilə yüksək xidmət göstərib, həm valideynlərin maksimal rahatlığını təmin etmək, həm də məktəblilərin təhlükəsiz və vaxtında daşınmasını təmin etməkdədir. HEY Servis MMC eyni zamanda günü-gündən inkişaf edən şəhərimizdə tıxacların azalmasına böyük töhvə verməkdədir.

Haqqımızda