skip to Main Content

SÜRÜCÜ QAYDALARI

  1. Sürücülər HEY Servis rəhbərliyinin əvvəlcədən təyin etdiyi qaydada geyim tərzindən istifadə etməlidirlər.
  2. Daimi olaraq əlaqə saxlamaq üçün ən az bir telefon nömrəsinin olması və edilən zənglərə dərhal cavab verilməlidir.
  3. Saç düzümü, üz təmizliyi kimi ümumi qaydalara tam əməl edilməlidir.
  4. Uşaqlarla uyğun davranılacaq, qarşılıqlı hörmət prinsipi əsas tutulacaqdır. Məcbur olmadıqları müddətcə dialoq qurulmayacaq. Onların yanında əsəbi, aqressiv davranışlar sərgilənməyəcəkdir.
  5. Məktəb həyətində, servis avtomobillərində, valideynlərin ünvanlarına yaxın yerlərdə, uşaqların görə və qoxusunu duya biləcəkləri məsafələrdə qətiyyən siqaret çəkilməyəcək.
  6. Avtomobillərin hər cür baxım, təmizlik və təhlükəsizliyinə cavabdehdirlər.
  7. Avtomobilə siyahıda olmayan sərnişin alındığı təqdirdə sürücü, supervisor (və əgər varsa hostes) üç günlük məvacib məbləğində cərimə olunur.
  8. Uşaqların daşınması və məktəbə, yaxud evə təhvil verilməsi əsnasında baş verən bütün arzuolunmaz hadisələrə sürücü cavabdehdir.
  9. Dərsin ilk başlama zəngindən 15 dəq, ən gec isə 5 dəq əvvəldən məktəbə daxil olacaqlar.
  10. Axırıncı dərsin bitmə zəngindən 30 dəq əvvəl məktəbə daxil olunması.
  11. Uşaqlar yolun digər tərəfinə keçməli olduqda riskli yerlərdə onları təhlükəsiz olaraq yolu keçməsi təmin olunmalıdır.
  12. Şəhərdaxili yollarda maksimal sürət 60km/saat-dan artıq olmamalıdır.
  13. Nəqliyyat vasitələrində görüntü və musiqi sistemleri daşıma müddətində istifadə edilməməlidir. Evə dönüşdə isə sadəcə maarifləndirici və öyrədici tərzdə musiqi və filmlərin istifadəsi mümkündür.
  14. Servis şagirdləri ən çox 3 dəq. qapıda gözləyə bilər. Ünvana çatmamışdan 5 dəq əvvəl isə zəng edilməlidir.
  15. Valideynlərdən xidmət haqqı, yaxud digər məqsədlərlə pul qəbul edilməməlidir. Məcburiyyət halında isə valideynin verdiyi servis xidmət haqqını eyni gün tabe olduğu şirkət səlahiyyətlisinə təhvil verməlidir, mümkün olmadıqda isə mütləq məlumat verilməlidir.
  16. Sürücülər meydana gələn hər cür anlaşmazlıq və problemi HEY Servis idarəsinə bildirəcək, özləri həll etməyə çalışmayacaqdırlar.

SÜRÜCÜLƏRDƏ TƏLƏB OLUNAN XÜSUSİYYƏTLƏR:

  1. Sürücü təyin edilən geyim qaydalarına riayət etməlidir.
  2. Cavabdeh olduğu xidmətin xüsusiyyətlərinə və şərtlərinə malik olmalıdır.
  3. 21 yaşı keçmiş və ən az orta təhsilini bitirmiş olmalıdır.
  4. Məhkumiyyəti və cinayət məsuliyyətinə cəlb olunmaması haqda sənəd almalıdır.
  5. Bildirilən müəssisələrdən sağlamlıq haqqında arayış götürməlidir.
  6. D kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmalıdır.
  7. Son beş (5) il ərzində bilincli və təqsirli, spirtli içki qəbul edib avtomobil sürmək, ölümlü avtonəqliyyat hadisələrinə qarışmamış və sürət həddini aşma səbəbilə sürücülük vəsiqəsi alınmamış olmalıdır.
  8. Psixotexnik testdən keçməlidir.

NƏQLİYYAT VASİTƏLƏRİNİN VACİB XÜSUSİYYƏTLƏRİ:

  1. Servis avtomobillərinin arxasında “MƏKTƏBLİ” yazısı olan olan bir tabela və band olmalıdır.
  2. “TƏHLÜKƏLİ SÜRƏRSƏ…”  yazısı bütün avtomobillərdə olmalıdır.
  3. Servis avtomobillərində mütləq surətdə “İLK YARDIM” çantası qoyulmalıdır.
  4. 11 nəfərdən artıq tutumlu vasitələrin qapıları, sürücülər tərəfindən açılıb bağlanan avtomatik, yaxud məsafədən idarə mexanizminə, qapıların açıq-bağlı olmasını sürücüyə məlumat verə bilən optik, yaxud akustik siqnal sisteminə malik olmalıdır.
  5. Servis avtomobillərinin 1 aylıq, 3 aylıq və illik yoxlanması və təmiri həyata keçirilməlidir.
  6. Servis avtomobillərinin yaşı 15-dən çox olmamalıdır. Bu, istehsal tarixindən etibarən avtomobilin satışa çıxarıldığı ilk il əsas alınaraq hesablanır.
  7. Servis avtomobillərində uşaqların asanlıqla əl çatdıra bildikləri şüşə və pəncərələr bağlı və sabit olmalı, sərnişin bölmələrində açıq dəmir materialllar, küt və kəsici alətlər, tinlərin mövcudluğuna yol verilməməli, bunlar ya yumşaq əvəzediciləri ilə dəyişdirilməli, ya da yumuşaq materiallarla örtüklənməlidir.

 

HOSTES QAYDALARI

  1. Geyim
    • Şirkətin təyin etdiyi uniformaya tam riayət edilməli.
    • 5 sm-dən hündür dabanlı ayaqqabı geyilməməli.
    • İş vaxtında əllərində şəxsi çantaları ilə görünməməlidirlər.
    • Diqqət cəlb edəcək şəkildə makiyaj, kosmetika, zinət əşyaları və bijuteriyadan istifadə edilməməlidir.

 

  1. Şagirdlərlə rəftar:
    • Nəzakətli davranışdan kənara çıxılmamalıdır.
    • Şagirdlərə qarşı bir müəllim ciddiyyəti və valideyn səmimiyyəti göstərilməlidir.
    • Onlar adları, ləqəb və təxəllüsləri ilə çağırılmamalıdır.
    • Yüksək səslə üzücü, incidici davranışlara yol verilməməlidir.
    • Daim təmkinli, təbəssümlü və gülərüzlü olunmalıdır.
    • İşdən kənar problemlər onlara qəti hiss etdirilməməlidir.
    • Riskli və təhlükəli ünvanlarda şagirdlərin yolu keçmələrinə, valideynlərinə təhvil verilmələrində ciddi iştirak edilməlidir.
    • Şübhəli və tanımadıqları adamların onlarla təmas qurmalarının və təhvil almalarının qarşısı alınmalıdır. Bu barədə şirkətin ümumi təhlükəsizlik qaydaları tətbiq edilməlidir.
    • Servis qayda-qanunları ilə şagirdlər tədricən tanış edilməlidir. Və buna riayət etmə vərdişləri aşılanmalıdır.
    • Şagirdlərin hərəkət və davranışlarına cavabdehlik daşınmalıdır.
    • Uşaqlar müsbət davranışlara həvəsləndirilməlidir.
    • Təhlükəsizlik qaydalarını mənimsəməlirində və tətbiq etmələrində onlara yaxından köməklik göstərilməlidir.
    • Avtomobilə minib düşmə qaydaları mənimsədilməlidir.
    • Digər sərnişinlərin haqqlarına və təhlükəsizliyinə hörmətlə yanaşma aşılanmalıdır.
    • Onlara əsl nümunə olunmalıdır.

 

  1. Valideynlərlə rəftar
    • Valideyinlərlin adı bilinməlidir.
    • Onlara müəllim, xanım, bəy kimi xitab sözləri ilə müraciət olunmalıdır.
    • Gülərüz, mehriban davranılmalıdır. Kobudluğa qətiyyən yol verilməməlidir.
    • Aşırı səmimiyyət, şəxsi dialoq və tanışlıqlara girilməməlidir.

 

  1. Cavabdeh olduğu işin təlimat, qayda və qanunlarını bilməli və tətbiq etməlidir.
  2. 20(iyirmi) yaşını tamamlamış və ən azı tam orta təhsil almış olmalıdır.
  3. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş olmalıdır.
  4. Birbaşa öz supervayzerlərinə tabedirlər. Problemləri onunla həll edirlər. Ciddi anlaşmazlıqlar zamanı şirkət rəhbərliyi ilə görüşürlər.
  5. Korporativ telefonu 24 saat açıq saxlamalı və zənglərə mütləq cavab verməlidir.
  6. Servis əsnasında Sosial şəbəkələrdən istifadə, şəxsi telefonda uzun uzadı danışıqlar yolverilməzdir.
  7. Sürücülərin işinə nazarət etməli, müsiqi, davranış, siqaret və s. ilə bağlı şirkətin qayda və prinsiplərinə riayət olanmasına ciddi nəzarət etməlidir.
Back To Top