skip to Main Content
Dünya məktəbi

Azərbaycanda ilk özəl ali məktəb olan Xəzər Universitetinin yaradıcısı professor Hamlet İsaxanlı Dünya məktəbini təsis etməklə ölkəmizdə ümumi orta təhsilin inkişafına öz töhfəsini vermişdir. Fəaliyyət göstərdiyi illər ərzində Dünya məktəbi ən müasir təlim metod və texnologiyalarının tətbiqinə əsaslanıb, dünyanın qabaqcıl təhsil təcrübəsindən faydalanmışdır. Dünya məktəbi öz fəaliyyətində uğurlu olmaq üçün aşağıda qeyd olunan şərtləri əsas götürür:

Savadlı və nüfuzlu rəhbər – Peşəkar müəllimlər – Həvəsli şagirdlər – Məktəbə bağlı olan valideynlər – Təlim standartları – Ciddi tədris kurikulumu – Şagirdlərin nailiyyətləri, təlim nəticələri – Akademik missiya – Güclü ünsiyyət əlaqələri – Şagirdlər və işçilər üçün əlverişli mühit – Peşəkar məktəbli servisi.

Məktəb şərtlərin tamlığını çox vacib sayır, çünki bir şərtin olmaması uğursuzluğa aparır. Dünya məktəbində şagirdləri mümkün qədər çox öyrətmək əvəzinə, fikirləşməyi öyrətmək prinsipi əsas götürülür və tədris prosesinin təşkili bu yöndə qurulur. Məktəb şagird üçündür. Dünya məktəbi tədris prosesini təşkil edərkən böyük mahiyyətə malik olan bu sadə həqiqəti əsas götürür.

Şirkətimiz məktəbin 150 şagirdinin daşınmasını uğurla həyata keçirir.

XİDMƏT HAQLARI
Back To Top